Məşhur italyan aktyor vəfat etdi
İtaliyalı aktyor-müğənni, San-Remo müsabiqəsinin iştirakçısı Françesko Nuti vəfat edib.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, 68 yaşlı sənətçi Romadakı klinikaların birində dünyasını dəyişib.
Qeyd edək ki, aktyor 2006-cı ildə evdə pilləkənlərdən yıxıldıqdan sonra 3 ay komada qalmışdı.
2016-cı ildə növbəti dəfə eyni səbəbdən travma alan sənətçi əlil arabasına məhkum olmuşdu.
