Siyəzəndə partlayış baş verdi: yaralılar var
Siyəzəndə yaşayış binasında partlayış olub.
ONN media xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.Əhali binadan təxliyə olunub.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub//axar.az
