Binəli Yıldırım Şuşaya səfər edib

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşaya səfər edib.
ONN media xəbər verir ki, Yıldırım bu barədə özünün Tvitter səhifəsində paylaşım edib.
"2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşadayıq. Türk millətinin iki mümtaz dövləti olan Türkiyə ilə Azərbyacan arasındakı strateji əlaqələrin gələcəkdəki yol xəritəsini müəyyənləşdirmək məqsədilə təşkil etdiyimiz Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Əlaqələri: Gələcəyimizin Ortaq Yol Xəritəsi” adlı beynəlxalq konfransının xeyirli olmasını diləyirəm”, - Yıldırım bildirib.