Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlandı
Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb.
ONN media xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində tapılıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur.
