Xaricdə təhsil alanlar üçün keçiriləcək imtahan təxirə salındı

Xaricdə təhsil almış şəxslər üçün keçiriləcək imtahan təxirə salınıb.
ONN media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, DİM tərəfindən 9 iyul 2023-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahan təxirə salınıb.
İmtahanın tarixi müəyyən olunan kimi DİM-in internet saytında məlumat veriləcək.