Göygöldə bir nəfər göldə batdı

Göygöldə bir nəfər göldə batdı

Göygöl rayonunda bir nəfər göldə batıb.

ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə 22.06.2023-cü il tarixində Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri qayıt