Bəzi ərazilərdə 37 dərəcə isti olacaq - Sabahın HAVA PROQNOZU

Bəzi ərazilərdə 37 dərəcə isti olacaq - Sabahın HAVA PROQNOZU

Ölkə ərazisində iyunun 27-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23, gündüz 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 mm civə sütunu - təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Geri qayıt