Əli Əliyevin partiyası fəaliyyətini DAYANDIRDI

Vətəndaş və İnkişaf Partiyası (VİP) 17 ildən sonra fəaliyyətini dayandırıb.
ONN media xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilib.
Əli Əliyevin sədri olduğu partiya 2023-cü ilin yanvar ayında təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.
Qeyd edək ki, Ə. Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum olunmuşdu.
Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı.
Prezident İlham Əliyevin sərəncamına əsasən Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev mayın 8-də əfv olunmuşdu.