Qazax sakini intihar edib

Qazax sakini intihar edib

Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib.

ONN media xəbər verir ki, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asaraq intihar edib.

Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.

İntiharın səbəbi araşdırılır.

Geri qayıt