Göyçayda avtomobil aşıb: Yaralılar var

Göyçayda rayonunda avtomobil aşıb, yaralılar var.
ONN media xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.