İraqın XİN başçısı da Bakıya gəlir

İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə İraqın Bakıdakı səfirliyindən məlumat verilib.
Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.
İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.