Lökbatanda dənizdə bir nəfər batıb

Lökbatanda dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

ONN media xəbər verir ki, FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri qayıt