Yay başlayandan neçə nəfəri gün vurub? - AÇIQLAMA

Yay mövsümü başlayandan günvuran şəxslərin sayı açıqlanıb.
ONN media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib. Onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.