Elşad Hacıyevə yeni vəzifə verildi

Elşad Hacıyevə yeni vəzifə verildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

ONN media Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi.

O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.

Geri qayıt