Ərdoğan Putinə zəng edəcək? - Kreml

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı hələ Vladimir Putinin cədvəlində yoxdur, lazım gələrsə, belə bir söhbət təşkil olunacaq.
ONN media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, Ərdoğan Putinlə taxıl müqaviləsi başa çatana qədər əlaqə saxlayacağını demişdi.
Taxıl sazişi 17 iyulda başa çatır.