Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb

Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

ONN media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd edilib.

Geri qayıt