Türkiyədə meşə yanğını baş verib- Sakinlər təxliyyə olunur

Türkiyədə meşə yanğını baş verib- Sakinlər təxliyyə olunur

Türkiyənin Hatay vilayətinin Belen ilçəsində yaşayış sahələrinə yaxın ərazidə meşə yanğını başlayıb.

Hatay valisi Mustafa Masatlı bildirib ki, yanğının söndürülməsinə 9 təyyarə, 21 helikopter, 59 yanğınsöndürən maşın və 375 nəfərlik heyət cəlb edilib.

Onun sözlərinə görə, yanğın səbəbindən yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Geri qayıt