Bakıda bir neçə küçədə işıqforlar işləmir

Yağışlı hava Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaradıb.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Hazırda problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir”, - məlumatda qeyd olunub.