Xəzər dənizində zəlzələ baş verdi

ONN media xəbər verir ki, Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi 63 km olub.