Keçmiş Ermənistan prezidenti ailəsi ilə birlikdə prokurorluğa çağırıldı

Keçmiş Ermənistan prezidenti ailəsi ilə birlikdə prokurorluğa çağırıldı

Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun ailə üzvləri avqustun 1-də Baş Prokurorluğa çağırılıblar.

ONN media xəbər verir ki, onlar qanunsuz yolla əldə edilmiş əmlak işi ilə bağlı dindiriləcəklər.

Xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə Baş Prokurorluğun ərizəsi əsasında respublikanın ikinci prezidenti Robert Koçaryanın və onunla bağlı olan 7 nəfərin (ailə üzvləri - həyat yoldaşı, uşaqları, onların həyat yoldaşları) əmlakına həbs qoyulub.

Geri qayıt