Direktorların işə qəbulu üzrə nəticələr açıqlanıb

Direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
ONN media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, cari il iyulun 6-da keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, müsabiqə üzrə imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.