Qazaxıstan təlimə başladı- NƏ BAŞ VERİR?

Qazaxıstanın şimalındakı Petropavlovsk şəhərində ərazi müdafiəsinin təşkili üzrə üç günlük təlim-məşq toplanışı başlayıb.
ONN media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimlərdə regional komandanlıqların qoşun növlərinin və hava hücumu qoşunlarının komandirləri, akimin köməkçiləri, briqada komandirləri iştirak edirlər. Təlim üç gün davam edəcək. Qazaxıstanın müdafiə qüvvələri 2017-ci ildə yaradılıb, lakin bu profilli mütəxəssislərlə təlimlər ikinci dəfədir keçirilir”, - məlumatda bildirilib