Bayramov Lavrovla danışdı

Bayramov Lavrovla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

ONN media Rusiya XİN-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

Əlavə təmaslar barədə razılığa gəliblər.

Geri qayıt