İdmançılarımız Yaponiyada qızıl medal qazandı

İdmançılarımız Yaponiyada qızıl medal qazandı

Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq turnirdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə Tviterrdə bildirib.

“22-23 iyul tarixlərində Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!” - o qeyd edib.

Geri qayıt