Sisi Türkiyə səfərini ləğv etdi

Sisi Türkiyə səfərini ləğv etdi

Misir Prezidenti Əbdülfəttah Sisinin Türkiyəyə səfəri ləğv olunub.

ONN media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Buna səbəb kimi Sisinin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirakı göstərilib.

Qeyd edək ki, daha əvvəl Sisinin iyulun 27-də Türkiyəyə səfər edəcəyi açıqlanmışdı.

Xatırladaq ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb.

2021-ci ilin martından isə ikitərəfli münasibətlərin bərpası başlayıb.

Geri qayıt