Yunanıstanda DƏHŞƏT: Silah anbarı yanır

Yunanıstanda DƏHŞƏT: Silah anbarı yanır

Yunanıstanın mərkəzində Nea-Anxialos şəhəri yaxınlığında silah-sursat anbarında yanğın olub.

ONN media xəbər verir ki, bu barədə ERT televiziyası məlumat yayıb.

Məlumata görə, yanğın Hərbi Hava Qüvvələrinin silah-sursat anbarlarında baş verib.

Yunanıstanın Milli Müdafiə Baş Qərargahı da yanğının Nea Anxialosdakı hərbi düşərgənin ərazisinə sıçradığı barədə məlumatı təsdiqləyib.

Şahidlərin bildirdiyinə görə, anbar olan hissədə partlayış səsi eşidilir.

Geri qayıt