Ukraynada 19 yaşlı azərbaycanlı həlak oldu

Ukraynada 19 yaşlı azərbaycanlı həlak oldu

Ukraynada gedən müharibədə əslən azərbaycanlı Maksim Məhərrəmoğlu həlak olub.

ONN media xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov paylaşım edib.

O bildirib ki, M.Məhərrəmoğlu Odessa vilayətinin Oviodopol rayonunda dəfn olunub:

“Maksimin atası Şəmkir rayonundandır, anası isə Ukrayna vətəndaşıdır. 19 yaşlı Maksim evin tək oğlu olub”.

Geri qayıt