Dini mərasimdə iştirak edən azyaşlıların valideynləri polisə çağırıldı: Məsuliyyət tədbirləri görüldü

Dini mərasimdə iştirak edən azyaşlıların valideynləri polisə çağırıldı: Məsuliyyət tədbirləri görüldü

Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

ONN media xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - məlumatda deyilir.

Geri qayıt