Dietoloq şəkər xəstələri üçün nələri açıqladı?

Dietoloq şəkər xəstələri üçün nələri açıqladı?

Qan damarlarını gücləndirmək üçün şəkər xəstəsi olan insanlar C vitamini, xrom və Omeqa-3 yağ turşuları olan qidalar yeməlidirlər.

ONN media xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Somatina deyib.

“Şəkərli diabetdən əziyyət çəkənlər qan damarlarını gücləndirməlidirlər. Kiçik damarları gücləndirən antioksidanlar, qara giləmeyvə - qaragilə, böyürtkən, həmçinin tərkibində xrom olan qidalardan: şəkərsiz kakao, balıq, dəniz məhsulları və brokolidən istifadə etmək lazımdır”, - Somatina bildirib.

Geri qayıt