Ukraynanın taleyi bu tarixdə həll olacaq

Ukrayna və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədlərlə bağlı danışıqların gələn həftə başlayacağını gözləyirik.
ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Ukrayna gələn həftədən etibarən ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu təminatlar NATO-ya daxil olana qədər qüvvədə olacaq", - o bildirib.