Türkiyənin yeni Baş Qərargah rəisi kimdir?

Türkiyənin yeni Baş Qərargah rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Türkiyədə ordu generalı Metin Gürak ölkənin Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib.

ONN media Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, 2010-cu ildə general-mayor rütbəsinə, 5 il sonra isə general- leytenant rütbəsinə layiq görülüb. 2017-ci ildən isə 63 yaşlı M.Gürak 2-ci Ordu komandanı olaraq fəaliyyət göstərib.

15 İyul hadisələri zamanı Gürak əsir götürülüb. Bir gün sonra isə komandirlərlə birgə azad edilib.General Gürak ingilis və ərəb dillərini bilir.

Geri qayıt