Hakan Fidan İraqa gedir

Hakan Fidan İraqa gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan İraqa səfər edəcək.

ONN media xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf deyib.

O bildirib ki, bu yaxınlarda Türkiyə xarici işlər nazirinin müavini Fuad Hüseyn Ankaranın İraqdakı səfiri Əli Rza Güneylə görüşüb:

“Görüş zamanı H.Fidanın İraqa səfəri də müzakirə edilib. H.Fidanın bu ayın ikinci yarısında Bağdada səfəri zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələsi də müzakirə olunacaq”.

Geri qayıt