Masallıda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

Masallıda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

Masallı rayonunda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb.

ONN media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü İsmayılov Amin Sərxan oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt