Xankəndidə atəş səsləri eşidildi

Xankəndidə bir şəxs şəhər meydanında odlu silahdan küçə lampalarına və havaya atəş açıb.
ONN media Globalinfo.az-a istinadən xəbər verir ki, həmin şəxsin bu cinayəti sərxoş vəziyyətdə törətdiyi bildirilib.
Qeyd edək ki, ermənilər Qarabağda “ərzaq çatışmazlığı”, “humanitar fəlakət” şüarları səsləndirsələr də, zaman-zaman onların içki məclislərindən görüntülər yayılır.