FİLM KİMİ OLAY- Məşhur mağazanın çantaları oğurlandı

FİLM KİMİ OLAY- Məşhur mağazanın çantaları oğurlandı

İtaliyanın "Corriere della Sera" qəzetinin hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, Milanda lüks geyim və aksessuarlar butiki "Hermesdən 90 min avro dəyərində qarət edilib.

ONN media xəbər verir ki, mağazada dəyəri 90.000 avro olan dörd çanta yoxa çıxdığı məlum olub. Qeyd olunur ki, itən əşyalar arasında timsah dərisindən hazırlanmış, dəyəri 50 min avro olan əfsanəvi "Birkin Himalaya" çantası da var.

Nəşrin yazdığına görə, mağazanın bir neçə əməkdaşı mağazanın anbarında saxlanılan bağlamanın içərisindən göstərilən seriya nömrəsinə uyğun gəlməyən əl çantası tapıb. Materialda qeyd olunur ki, müstəntiqlər iş üzərində işləyir və onlar oğurluğu yad şəxslərin etdiyinə şübhə edirlər. Fakt budur ki, anbara yalnız işçi heyəti, texniki işçilər və təmizlik işçiləri daxil ola bilir. Butikin ərazisi videokameralar vasitəsilə izlənilir və qeydə alınan görüntülər hazırda təhlil edilir.

Geri qayıt