Ukraynadan şok: İsraillə vizasız rejimi ləğv edir

Ukrayna İsraillə vizasız rejimin ləğvi imkanlarını nəzərdən keçirir.
ONN media xəbər verir ki, bu barədə “Kiyev Post” məlumat yayıb.
“Əsas səbəb İsrailin Ukraynaya qarşı sistemli qeyri-dost hərəkətləri və beynəlxalq aləmdə faktiki Rusiyayönümlü mövqeyidir. Kiyev həmçinin İsrailin Ukraynaya hərbi yardımla bağlı Ramşteyn formatında keçiriləcək görüşlərdən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edir”, - məlumatda qeyd olunub.