Şükür Həmidovun atası VƏFAT ETDİ - FOTO
Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Şükür Həmidovun atası Nəriman Həmidov dünyasını dəyişib.
ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Qeyd edək ki, Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də doğulduğu qubadlı rayonu ərazisində şəhid olub.

