Qusar-Quba yolunda avtobus aşdı: 19 yaralı

Qusar-Quba reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.
ONN media Report-a istinadla xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.