Rus ordusunun pilotları Ermənistanda təlim keçirib

Rus ordusunun pilotları Ermənistanda təlim keçirib

Rus ordusunun pilotları Ermənistanda təlim keçirib.

ONN media Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları müxtəlif manevrlər icra ediblər.

Təlimlər Erebuni aerodromunda baş tutub.

Uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, həmçinin 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Geri qayıt