“Nicat reanimasiyadadır, dostu isə...” - Atası hadisədən DANIŞDI / FOTO

“Nicat reanimasiyadadır, dostu isə...” - Atası hadisədən DANIŞDI / FOTO

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

ONN media xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oxu.az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq.

O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar.

Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.

Geri qayıt