Qəzadan sonra Nicatın telefonları və pulqabısı oğurlanıb

Qəzadan sonra Nicatın telefonları və pulqabısı oğurlanıb

Qəzadan sonra bloger Nicat Mütəllimovun telefonları və pulqabısı oğurlanıb.

ONN media xəbər verir ki, bu haqda dostu Ramal İsayev İnstaqram hesabında paylaşım edib.

"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar. Bunu edənlər tapılıb cəzalandırılacaq", - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov 15 avqust gecə saatlarında idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb.

Qəza nəticəsində onun avtomobilində olan sərnişin Ruslan Şahin oğlu Məmmədov ölüb, N.Mütəlimov isə yaralanıb. Onun qolu amputasiya olunub.

Geri qayıt