Güneydə daha bir şəhərə suyun verilişi dayandırıldı

Şərqi Azərbaycan əyalətində Kəleybər və ətraf bölgələrində də suyun verilişi dayandırılıb.
ONN media xəbər verir ki, bu barədə "Azərəncümən" saytı məlumat yayıb.
Məlumatda içməli suyun günortadan sonra saat 15-dən 19-dək kvota ilə veriləcəyi bildirilib.
Qeyd edək ki, avqustun 1-dən başlayaraq Təbrizin bir çox bölgələrində içməli su kəsintiləri hələ də davam edir.