Bakıda məktəb binasında yanğın oldu

Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli orta məktəb binasında yanğın olub.
ONN media xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, binanın zirzəmisində 15 m² sahədə məişət tullantıları yanıb.
"Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə qeyd olunub.