Çin təyyarələri Tayvana yaxınlaşdı

Tayvan silahlı qüvvələri son sutkada adaya yaxınlaşan Çin ordusunun azı 42 təyyarə və 8 gəmisini qeydə alıb.
ONN media xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 26 təyyarə Tayvan boğazının ortasından keçib.