Moskvaya PUA hücumu: iki nəfər yaralandı

Moskvaya PUA hücumu: iki nəfər yaralandı

Bu gün Moskvaya endirilən PUA zərbəsi zamanı xəsarət alanlar olub.

ONN media xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

Onun sözlərinə görə, İstrinsk dairəsində bağ evinə PUA-nın düşməsindən sonra iki nəfər yaralanıb.

“Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Eləcə də 3 evin pəncərələri qırılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Moskva PUA hücumuna görə paytaxt hava limanlarının hamısı bağlanmışdı.

Geri qayıt