Türkiyədə yenidən zəlzələ baş verdi
Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 5,17 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat yoxdur.
