Füzuli, Şuşa və Laçında il sonuna qədər neçə məktəb açılacaq?

Füzuli, Şuşa və Laçında il sonuna qədər neçə məktəb açılacaq?

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

ONN media xəbər verir ki, Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.

Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin oxuyacağı bildirilir.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.

Geri qayıt