“Trendyol” Azərbaycanda şirkət yaratdı

“Trendyol” Azərbaycanda şirkət yaratdı

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

ONN media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Trendyol Azərbaycan MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrəm Çağlı İlandildir. O, 6 ildən çoxdur ki, "Trendyol"da çalışır.

Geri qayıt