Finlandiya rusiyalı nasist lideri həbs etdi
Rusiyadakı “Rusiç” neonasist qruplaşmasının rəhbəri Yan Petrovski Finlandiyada saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə “MTV Uutis” telekanalı məlumat yayıb.
Məlumata görə, Petrovski 2014-2015-ci illərdə Donbasda cinayətlər törətməkdə ittiham olunurdu.
Hazırda Ukrayna tərəfi Finlandiyadan onun ekstradisiyasını tələb edir.
