Laçında məşhur fotoqrafın layihəsi təqdim olundu

Laçında məşhur fotoqrafın layihəsi təqdim olundu

Dünya şöhrətli fotoqraf Rza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb.

“Laçında Rza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotosu. Lakin 30 il ərzində Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə, Laçına qayıdırlar”,- paylaşımda qeyd olunub.

Geri qayıt